Ru
09:21 / 23 İyun 2025

Bakıda məktəbli onu danlayan adamı BIÇAQLADI

Bakıda məktəbli onu danlayan adamı BIÇAQLADI
Eye

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.

Bakupost.az bildirir ki, oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş verib.

2008-ci il təvəllüdlü, 10-cu sinif şagirdi R.N. Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunda yerləşən marketin qarşısında söyüş söyüb. Həmin vaxt dayanacaqda olan Cavid adlı şəxs ona söyüş söyməməyi xahiş edib və nəticədə R.N. onunla mübahisə edib. Bu vaxt yeniyetmənin dayısı həmin ərazidə olub, mübahisəyə görə Caviddən üzr istəyib.

Hadisədən sonra R.N. kəsici-deşici alətlə silahlanaraq hər gün həmin dayanacağa gələrək Cavidi gözləyib.

Bir gün Cavid dayanacaqda telefonla danışarkən yeniyetmə arxa tərəfdən yaxınlaşaraq ona ayağından bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.N. saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə R.N. 2 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il 6 ay şərti cəza verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar