Fordo obyektinə aid peyk görüntüləri yayılıb.
Bakupost.az xəbər verir ki, bu görüntülərdə ABŞ-ın GBU-57 bunkerdağıdan bombalarının yaratdığı 6 dərin dəli görünür. Dəliklər bir-birindən 9-15 metr məsafədədir və hamısı hamısı havalandırma şaxtalarının yaxınlığındadır.
“ABŞ Fordonu uzun illər ərzində araşdırıb və əməliyyatı planlaşdırıb. Zərbələr gerçəkdən çox dəqiq alındı və bunu bir çox mütəxəssis etiraf edir. Görünür ki, kraterlər (dəliklər) sentrifuqaların yerləşdiyi zalın üstündədir (orada 2-3 min sentrifuqa var). Lakin onların məhv edilib-edilmədiyi hələ ki, məlum deyil”, - politoloq Kamran Cəfərov bildirib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İranın 3 nüvə obyektinə, o cümlədən Fordoya zərbə endirib.
Aygün,
BakuPost