Ru
13:13 / 30 Mart 2023

İrana qarşı cəbhə açılacaq - Politoloq

3948
“İsraillə münasibətimiz İrana qarşı yönəlməyib. Bu, hərbi-texniki əməkdaşlıq müharibəyə qədər Ermənistan tərəfindən işğal olunan torpaqların azad olunması, hazırda isə təhlükəsizliyin qorunmasına istiqamətlənib”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zaur Məmmədov uzun müddətdən sonra İsraildə Azərbaycan səfirliyinin açılmasını şərh edərkən bildirib.


O bildirib ki, Azərbaycanın İsraildə səfirlik açması qanuni haqqıdır:


"Əlaqələrini necə quracağını Azərbaycan özü bilər. İranın Azərbaycan-İsrail münasibətlərinə münasibəti sağlam deyil, qeyri-adekvatdır”.


Politoloq deyib ki, Azərbaycan və İran arasındakı münasibətlərin gərginləşməsinin bütün məsulliyyəti islam respublikası rəhbərliyinin üzərindədir:


“İran Qərbi Zəngəzurda konsolluq açır, Ermənistanı isə Təbrizdə konsulluq açmağa çağırır. Bunların fonunda, əlbəttə ki, Azərbaycan İsraillə münasibətləri daha da möhkəmləndirəcək. Ümumiyyətlə, İranın son vaxtlar atdığı addımlar ona gətirir ki, Azərbaycan İrandan uzaqlaşır, İsraillə isə daha da yaxınlaşır. Azərbaycan münasibətlərin qəlizləşməsində maraqlı deyil. Ölkəmiz bir dəfə də olsun, İrana qarşı hər hansı gizli koalisiyada iştirak etməyib. Lakin İran 44 günlük müharibə dövründə düşmənçilik mövqeyi sərgiləyib”.


Z.Məmmədov bildirib ki, İranın yeni hakimiyyəti əlaqələrin pozulması üçün əlindən gələni edir:


"Ruhani dövründə Cənubi Qafqazla bağlı yaxşı siyasət var idi. Daha soyuqqanlı, adekvat addımlar atılırdı. Rəisi hakimiyyətə gələr-gəlməz münasibətlərin soyumasına şahid olduq. Sanki İrandakı bəzi qüvvələr Azərbaycanı əsas düşmən kimi qələmə vermək istəyir. Əgər İran Azərbaycana qarşı aqressivliyini davam etdirsə, sərhəddə hərbi təlimlər keçirsə, Azərbaycan daxilində terror, müxtəlif silahlı hücumlar təşkil etsə, çox güman ki, İrana qarşı cəbhə açılacaq”.

Aynur İbrahim
BakuPost
Şərhlər
  • Neriman Seyfeli.

    Dunyanin nifret etdiyi iki olke var- iran, rusiya. Bu iki olke parcalanacaq ve federativ bir olke modeli formalashacaq. Rusiya daxilindeki xalqlar veten deyende oc olkelerinidushunur, rusiyaya veten kimi baxmirlar, bele olan halda onlar rusiya ugrunda urekle mudafieya qoshula bilmezler!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər