Ru
08:42 / 09 Dekabr 2022

Cənubi azərbaycanlılar üçün azadlıq marşı yazıldı - VİDEO

6804
İranda azadlıq tələb edən etirazçılara dəstək məqsədi ilə Azərbaycanda marş hazırlanıb.

Bakupost.az bildirir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavad sosial şəbəkədə paylaşım edib.

O qeyd edib ki, aylardır İranda başlayan etirazlar hər gün daha da qızışır, yeni mərhələyə qədəm qoyur.

“Bu etirazlarda öz fəallıqlari ilə seçilən güneyli azərbaycanlıların taleyi bizi hər zaman düşündürür. Hər gün Arazın o tayından - Güneydən aldığımız xəbərlər 40 milyonluq soydaşlarımızın azadlığını daha da yaxınlaşdırır. Bu marşın sözlərini də o ümidlə yazdım, dəyərli bəstəkarımız Aygün Səmədzadə isə musiqisini bəstələdi.

O ümidlə ki, bu marş azadlıq tələb edən soydaşlarımıza bir stimul olsun. Güneydə qəlbləri azadlıq atəşi ilə yanan əziz bacı və qardaşlarımızın İran zülmündən qurtulması üçün apardıqları bu müqəddəs və şərəfli haqq mübarizəsində dünya azərbaycanlıları da aktiv olmalı və birlik nümayiş etməlidirlər. Ən yaxın zamanda bütövləşək, bir olaq!”, - deyə paylaşımda qeyd edilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər