Ru
17:28 / 31 Mart 2023

İranın agent şəbəkəsi çökdürülür - Açıqlama

İranın agent şəbəkəsi çökdürülür - Açıqlama
Eye

Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra fars rejiminin Azərbaycanla bağlı ümidləri puça çıxdı.

İranın Azərbaycanda dövlət içində dövlət yaratmaq cəhdi iflasa uğradı. Artıq bu ölkənin Azərbaycandakı agentura şəbəkəsinin böyük bir hissəsi ifşa olunub. Ancaq buna baxmayaraq, cəmiyət hələ də belə ünsürlərdən tam təmizlənməyib.

Bu şəbəkənin fəaliyyətini aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?


Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov mözvu ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, son dövlər gərginləşən münasibətlər fonunda İranın 30 il müddətində Azərbaycanda birmənalı şəkildə həyata keçirdiyi məkrli siyasəti gün üzünə çıxdı.

Fars rejiminin illər ərzində Azərbaycanda gah dini təbliğat, gah maliyyə imkanlardan istifadə edərək şəbəkə yaratdığını deyən S.Hümbətovun sözlərinə görə, Azərbaycan dövləti və hüquq-mühafizə orqanları artıq bu məsələ ilə ciddi məşğuldur:

"Bir neçə il də gec qalsaydıq, düşünürəm ki, burda insanların beyninin yuyulması prosesi daha sürətlə gedərdi. Bu da nəticə etibarilə ölkə daxilində böyük problemlərin ortaya çıxmasına gətirib çıxarardı.
Cəmiyyətimiz ayıq-sayıqdır. Buna görə də hər hansı qüvvələrin təxribat xarakterli hərəkətlərinin qarşısı vaxtında alına bilir. Yəni insanlar vəziyyəti başa düşür. Artıq bizim özümüzdə dini təhsilli şəxslər formalaşıb. Onlar məscidlərimizdə dini daha aydın və savadlı formada izah edirlər. Azərbaycan İranın və ya digər yad dövlətlərin agent şəbəkəsinin möhkəmlənməsinə imkan verməyəcək”.

Əfsanə Rəcəb
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar