İsrail ordusunun gecə saatlarında həyata keçirdiyi hücumlar zamanı İran Silahlı Qüvvələrinin daha bir vəzifəli şəxsinin zərərsizləşdirildiyi açıqlanıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin “Hatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəisi, SEPAH (İnqilab Keşikçiləri Korpusu) generalı Əli Şadmani öldürülüb.
Qeyd edək ki, o, iyunun 13-də sözügedən posta təyin edilmişdi.
Aysel,
BakuPost