Ru
17:04 / 01 May 2025

“İrəvan sülhü pozmaq üçün gərginlik yaradır” - Açıqlama

“İrəvan sülhü pozmaq üçün gərginlik yaradır” -  Açıqlama
Eye

“Son dövrlər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında müəyyən irəliləyişlər müşahidə olunur, bəzi bəndlər üzərində razılaşmalar əldə edilir. Lakin görünür ki, Ermənistan hökuməti bu bəndlərin hamısını tam şəkildə qəbul etmək istəmir. Məhz bu səbəbdən müxtəlif təxribatlara əl ataraq, daxildəki bəzi qüvvələrin sülh sənədində dəyişiklik etmək istədikləri görüntüsünü yaratmağa çalışır”.

Bunu Bakupost.az -a politoloq Samir Hümbətov bildirib.

O deyib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatları sülh prosesini pozmaq məqsədi daşıyan addım kimi dəyərləndirir:

“Belə çıxır ki, İrəvan hökuməti sülh danışıqlarının bəzi bəndləri ilə razılaşmaq istəmir. Bu səbəbdən danışıqlarda irəliləyişin qarşısını almaq üçün bilərəkdən gərginlik yaradır. Bu gün Ermənistanda hökumətdənkənar qüvvələr mövcuddur və onlar hadisələrin gedişatına təsir etməyə çalışırlar. Bu qüvvələr sülh danışıqları prosesini “sabotaj” etmək niyyətindədirlər. Bir sözlə, istər Ermənistan hökumətinin müəyyən bəndləri qəbul etməməsi, istərsə də daxili qüvvələrin təxribatları vəziyyətin gərginləşdirilməsi məqsədi güdülür. Mənə elə gəlir ki, bu təxribatlar ciddi toqquşmalara səbəb ola bilər”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar