İrəvanda kütləvi yürüşlərlə əlaqədar polis Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yerləşdiyi ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Bakupost.az xəbər verir ki, Ermənistan KİV məlumat yayıb.
Hazırda Ermənistanın paytaxtında hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan həbs edilmiş biznesmen Samvel Karapetyana dəstək aksiyası keçirilir. Yürüş iştirakçıları MTX-in binasına doğru gedirlər.