Ru
21:00 / 04 İyul 2025

Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var

Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
Eye

Türkiyədə tüğyan edən meşə yanğınlarında iki nəfər həlak olub, 500-dən çox insan xəsarət alıb, .

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu məlumat yayıb.

"Hazırda meşə yanğınları nəticəsində 538 nəfər xəsarət alıb. İndi yanğın zamanı xəsarət alan üç xəstəyə tibbi yardım göstəririk, onlardan birinin vəziyyəti ağırdır. İki vətəndaşımız ölüb", - nazirin mətbuat xidməti "X" sosial şəbəkəsində qeyd edib.

Xatırladaq ki, iyulun 2-si Antalyanın Ermenek rayonunda meşə yanğını baş verib. Eyni zamanda, meşə yanğınları İzmir vilayətini və daha bir neçə şəhəri bürüyüb. Türkiyənin üç vilayətində irimiqyaslı meşə yanğınları səbəbindən 50 mindən çox sakin təxliyə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar