Keyr Starmer Böyük Britaniyanın baş naziri postunu tərk edə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
İki yüksək rütbəli Leyborist millət vəkili Starmer hökumətinin zəif fəaliyyət göstərməyə davam etməsi halında bir neçə ay ərzində istefaya göndərilə biləcəyini önə sürüb.
Onlar xəbərdarlıq ediblər ki, əgər Leyboristlər gələn may ayında Uels, Şotlandiya və Londonda keçiriləcək seçkilərdə zəif çıxış edərsə, bu, onun "Downing Street"dəki hakimiyyətinin sonu demək ola bilər.