Ru
23:42 / 04 İyul 2025

Bu, Moskvanın sülh istəmədiyini göstərir - Kallas

Bu, Moskvanın sülh istəmədiyini göstərir - Kallas
Eye

Dünya hər dəfə sülh əlini uzadarkən Putin (red: Rusiya Prezidenti Vladimir Putin) raketlərlə cavab verir.

Bakupost.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də yazıb.

O qeyd edib ki, Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın sülh istəmədiyini göstərir.

"Ukrayna xalqını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyac var", - paylaşımda bildirilir.

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya çoxlu sayda raketlə hücum edib, əsas hədəf Kiyev olub.

Şərhlər
  • Bəhi

    Kremlin iqtisadi qüdrətini aşan Xarici Siyasəti hələ 1967dən anti-Sovet, anti-Rus kimi öz nüfuzuna qarşı işləyirdi? SSRİnin yeganə-ilk Prezidenti ÖZ ideoloİqtisadi təslimi-1992dən sonrakı Kreml yeni-demokrat ittifaq potensialına qarşı adekvat-hüquqi diplomatiya əvəzinə özünə qarşı çevirəcək kəskin hərbi təcavüz siyasətini də əlavə etmədimi? Xarici əlaqələri əsasən (Bakının Frəgistan üçün qeyd etdiyi xammal-müstəmləkəsi) asılılığında deyilmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar