Ru
14:18 / 23 Fevral 2026

İşdən çıxarılan FHN rəsmisinin ailəsi hədələndi - "Bütün "zibilləri"nizi açacam" - VİDEO

İşdən çıxarılan FHN rəsmisinin ailəsi hədələndi - "Bütün "zibilləri"nizi açacam" - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, model, bloger Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edilib.

Bakupost.az xəbər verir ki, Ç. Baxşıyeva yenidən qalmaqallı açıqlamalar verib.

O iddia edir ki, bir vaxtlar 30 sutka həbsi A.Pirməmmədovun qaynanası, İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiri dosent Mehriban Səmədovanın sifarişi ilə həyata keçirilib. Blogerin sözlərinə görə bu hadisədə M.Səmədovanın bacısı Şəhla adlı qadının da əli olub.

“Niyə məni Anarın atası, keçmiş prokuror Həsrət Pirməmmədov vasitəsilə yox, qaynanası Mehriban Səmədovanın əli ilə həbs etdiriblər? Çünki mən Həsrət Pirməmmədovun keçmişdə qanunsuz hərəkətlərini, vəzifədən sui-istifadə, rüşvət və ört-basdır etdiyi cinayət işlərini üzə çıxarmışam”.

Bloger həmçinin iddia edir ki, Elm və Təhsil Nazirliyində müşavir olmuş İlham Pirməmmədovun adı saxta diplom işlərində hallanıb. İ.Pirmməmmədov FHN-də işdən çıxarılan şöbə müdirinin əmisidir.

Bloger ondan üzr istəməyəcəyi təqdirdə digər sensassion məlumatları da açıqlayacağı ilə bağlı Pirməmmədovlar ailəsini hədələyib.

“Bu ailə hələ məndən üzr istəməsə, “biz səni tutdurarkən səhv etmişik, bağışla bizi” deməsə, nəsildəki hər kəsin “zibilləri”ni açacam. Bir-bir aradan gedəcəksiniz. Hamınızı “biçmək” üçün məhz bu günü gözləmişəm. Əgər üzr istəməsəz, elə şeyləri açacam ki, Anarın başına gələnlər bunların yanında heç nə olacaq”.

Lalə, BakuPost

" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar