Ru
13:25 / 21 Fevral 2026

Kəmaləddin Heydərov Anar Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ

Kəmaləddin Heydərov Anar Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
Eye

Model, bloger Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi bildirilir.

Bakupost.az Pravda.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ötən gün A.Pirməmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Məsələ ilə bağlı Pravda.az-ın əməkdaşı Anar Pirməmmədovla əlaqə saxlasa da, zənglərə cavab verməyib.

Xatırlatma: Model, bloger Çelsi Baxşıyeva Oxu.az saytına açıqlamasında sevgilisi Anar Pirməmmədovun ailəli, iki uşaq atası olduğunu əvvəlcədən bilmədiyini, sonradan Pirməmmədov tərəfindən intim videoları ilə təhdid edildiyini deyib. O həmçinin bildirib ki, A.Pirməmmədovun atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olun, əmisi İlham Pirməmmədov da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovadır. Bloqer həmçinin iddia edib ki, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə onda məlumat var. Onda olan materiallar realdır və səsyazıları mövcuddur.

A.Pirməmmədov xidməti avtomobillə ardınca gəlib. Əlavə olaraq məlumat verib ki, Anar Pirməmmədov nazirin birinci müavini Rəfael Mirzəyevin yaxın qohumudur, məsələ ictimailəşsə, işdən çıxarılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar