İsrail ordusuna İrandakı mövcud hökumətin sabitliyini pozmaq üçün Tehrandakı strateji və hökumət obyektlərinə hücumları gücləndirmək əmr edilib.
Bakupost.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz deyib.
O, İranın ali dini lideri Əli Xameneini İsraildəki xəstəxanaları və yaşayış məntəqələrini hədəf almaqda ittiham edib.
"Bunlar ən ağır hərbi cinayətlərdir və Xamenei törətdiyi cinayətlərə görə cavab verəcək. Baş nazir və mən İsrail Dövlətinə qarşı təhdidləri aradan qaldırmaq və ayətullahlar rejimini sabitsizləşdirmək üçün İsrail ordusuna İrandakı strateji hədəflərə və Tehrandakı hökumət obyektlərinə hücumları gücləndirməyi tapşırmışıq", - Katz bildirib.
Zaur,
BakuPost