İsrail silahlı qüvvələrinin şənbə günü səhər saatlarında həyata keçirdiyi hava hücumu nəticəsində Suriya ordusunun ən azı 4 əsgəri həlak olub, 1 əsgər isə yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin raket zərbələrini dəf edib. Atılan mərmilər nəticəsində maddi ziyan da dəyib.
Günel,
BakuPost