İsrail Türkiyəyə səfir təyin edib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sözügedən posta İsrailin Ankaradakı missiyasının hazırkı müvəqqəti işlər vəkili İrit Lillian təyin olunub.
Qeyd edək ki, avqustun 17-də Türkiyə ilə İsrail arasında münasibətlərin yenidən tam diplomatik təmsilçiliyə yüksəldilməsi qərara alınıb. Türkiyə ilə İsrail arasında 4 ildir ki, qarşılıqlı səfir təyinatı olmurdu.
Aysel
Baku Post