Ru
20:54 / 01 Aprel 2024

İsrail Suriyanı vurdu: İranın üç generalı öldü - VİDEO

İsrail Suriyanı vurdu: İranın üç generalı öldü - VİDEO
Eye

SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə “Sabereen News” bildirib.

Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin Dəməşqə hücumu nəticəsində SEPAH qüvvələrinin daha 6 üzvünün öldüyünü bildirib.

***

İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli generalı və onun müavini ölüb.

Bu barədə İran mediası məlumat yayıb.

General Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rəhimi öldürülüb.

***

SEPAH-ın yüksək rütbəli generalı İsrailin Suriyaya hava hücumunda öldürülüb

Bu barədə Reuters təhlükəsizlik mənbəsinə istinadən məlumat verib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi hava zərbə nəticəsində öldürülüb.

Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar