Mingəçevir su anbarında boğulan şəxsin kimliyi məlum olub.
Bakupost.az "Report"a istinadla xəbər verir ki, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Ramiz Kazımov ailəsi ilə birgə Mingəçevirə istirahətə gedib, su anbarında çimərkən boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Mingəçevir su anbarında çimən şəxs boğulub.