Ru
14:30 / 04 İyul 2026

Bu qərar “Qarabağ”a üstünlük qazandırdı – Səbəb

Bu qərar “Qarabağ”a üstünlük qazandırdı – Səbəb
Eye

Çexiyanı təmsil edən “Karvina” klubu danışılmış oyunlarda iştirak faktına görə Avropa Liqasından uzaqlaşdırılıb.

"Bakupost" oxu.az-a istinadən xəbər verir ki, bu qərar barədə “Football Meets Data” portalı məlumat paylaşıb.

Çexiya komandasının turnirdən kənarlaşdırılması Avropa Liqasının pley-off mərhələsinin püşkatma səbətlərində mühüm dəyişikliklərə səbəb olub.

Məhz “Karvina” ilə bağlı verilən bu qərar sayəsində “Qarabağ”ın da yer aldığı cütlük üçüncü təsnifat mərhələsində səpələnmişlər sırasına yüksələ bilib. Nəticədə, Azərbaycan təmsilçisi pley-off mərhələsinin püşkatmasında da səpələnmişlər mövqeyində qərarlaşacaq.

Pley-off püşkatması üçüncü təsnifat mərhələsinin qarşılaşmalarından daha öncə təşkil ediləcəyindən, “Reyncers” və “Zaltsburq” klublarının daxil olduğu cütlüklərin də sözügedən püşkatmada iştirak edəcəyi rəsmən dəqiqləşib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar