Ru
18:30 / 06 Fevral 2025

İt 31 yaşlı qadının burnunu qopardı - FOTO

İt 31 yaşlı qadının burnunu qopardı - FOTO
Eye

ABŞ-da bir qadın sevimli itinin qəfil hücumu nəticəsində burnunu itirib.

Bakupost.az xəbər verir ki, bu barədə o, "Mirror"a danışıb.

Nevadadan olan 31 yaşlı Şayna Krimo rəsm dərsindən evə gələrək 11 yaşlı iti Kinqi qucaqlamaq qərarına gəlib. Lakin çarpayının kənarında oturan heyvan qəfil sahibinə hücum edərək onun burnunu dişləyib.

"Onu qucaqlamaq və öpmək üçün yaxınlaşan kimi dərhal məni dişlədi. Nə zingiltisi oldu, nə xəbərdarlıq etdi, nə də geri çəkildi. Hər şey çox sürətlə baş verdi", -deyə qadın xatırlayır.

Şayna ağrıdan qışqırıb və sevgilisini köməyə çağırıb. Əri dərhal təcili yardıma müraciət edib. Həkimlərin müdaxiləsindən sonra qadın burnunun böyük hissəsindən məhrum olub. Şaynaindi onun bərpası üçün bir sıra əməliyyatlardan keçir. Bununla belə, qadın ona hücum edən itlə birlikdə yaşamağa davam edir.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar