Ru
11:19 / 08 Avqust 2022

“İTV də çalışan bir göstəbək…” - Fazil Mustafadan sərt sözlər

“İTV də çalışan bir göstəbək…” - Fazil Mustafadan sərt sözlər
Eye

Millət vəkili Fazil Mustafa ötən gün İctimai Tv-nin üzr istəməsi ilə bağlı paylaşım edib.


Bakupost.az xəbər verir ki, o , bunun məqsədyönlü şəkildə ola biləcəyini vurğulayıb:


"İctimai TV üzr istəyib, bəs sosial şəbəkədə onlar səhvən yerləşdiriblər ki, guya Xameneyinin sarayının sütunundan asılan rənglər səfirliyimizə hücumdan sonra Azərbaycana dəstək mahiyyətindədir.

Az sonra jurnalistlər bunu aşkar edib və aydınlaşdırıblar ki, bu rənglər əvvəlcədən varmış. Təbii ki, səhvə görə üzr istəmək ərdəmli davranışdır. Ancaq bu cür informasıyanın dövlət üçün mötəbər olan bir televiziyanın saytında yerləşdirilməsi məqsədyönlü də ola bilər.

Təbii ki, televiziya rəhbərliyinin iradəsindən xaric bunu etdirə bilərlər. Orada uzun illərdir çalışan bir göstəbəyi mən tanıyıram, hara desən işləyər. Hər halda araşdırmaq lazımdır".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar