Ru
11:45 / 19 Mart 2024

Jurnalistin anasının ölümü ilə bağlı "Stimul Hospital"dan AÇIQLAMA

7210
Xəbər verdiyimiz kimi, ötən gün jurnalist Fərahim Qasimovun anası müalicə aldığı "Stimul Hospital"da vəfat edib.




Jurnalist anasının xəstəxanada sistem köçürülərkən öldüyünü bildirib:

"Dünən heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlanış etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi, məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib".


Məsələ ilə bağlı "Stimul Hospital"la əlaqə saxladıq. Klinikadan ölüm faktını təsdiq etdilər və məsələ ilə bağlı araşdırma aparıldığını bildirdilər:

"Müvafiq orqanlar tərəfindən baxış keçirilib. Hazırda prokurorluq və digər müvafiq orqanların əməkdaşları klinikadadır. Məsələni nəzarətə götürüblər. Ekspertiza aparılır. Həkim həmkarımızla bağlı məlumat verə bilməyəcəyəm. Bir qeydiyyat işçisi olaraq xəstənin tam olaraq xəstəliyini bilmirik. Onu həkim, tibb bacısı müayinə edib, başqa bir şey bilmirik. Sadəcə məlumat verildi ki, xanım rəhmətə getdi. Biz yuxarı qalxanda artıq vəfat etmişdi. Meyitə baxış keçirilib. Araşdırmalar davam edir”.


Aygün
BakuPost

***

Bakıda özəl klinkada 57 yaşlı qadının ölüm faktı araşdırılır.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.


Məlumata görə, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər