Ru
12:07 / 29 Aprel 2024

Kadırovun oğlu Putin Universitetinin rəhbəri oldu

1804
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 16 yaşlı oğlu Adamı Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə kurator təyin edib.

Bakupost.az xəbər verir ki, bu barədə Kadırovun Teleqram kanalında bildirilir.

“Dostlar, bu gün “ÖZ ADAMLARIMIZ” açıq taktiki atıcılıq yarışının açılışında iştirak etməkdən çox məmnun oldum. Yarış Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin bazasında baş tutdu. Burada əziz qardaşım Baybetar Vayxanovun xahişi ilə Adam Kadırovu RUS-un kuratoru təyin etmək qərarına gəldim. O, məşhur universitetin fəaliyyəti ilə yaxından tanışdır, ona görə də inanıram ki, üzərinə düşən vəzifələrin öhdəsindən çox yaxşı gələcək”, - deyə “The Insider” Kadırovdan sitat gətirib.

Qeyd edək ki, 15 yaşlı Adam Kadırov 2023-cü ildə Qroznıdakı istintaq təcridxanasında "Quran"ı yandırmaqda təqsirləndirilən Nikita Juraveli döyüb. O, bundan sonra Çeçenistan Respublikasının Qəhrəmanı titulunu alıb və Çeçenistan Respublikası başçısının təhlükəsizliyinin təminatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Zaur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər