Ru
16:27 / 15 May 2024

Əfqanıstanda helikopter qəzası: 1 ölü, 12 yaralı

Əfqanıstanda helikopter qəzası: 1 ölü, 12 yaralı
Eye

Əfqanıstanın Qor vilayətində hərbi helikopterin çay sahilinə düşməsi nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xarəzmi verdiyi açıqlamada "Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 vertolyotu səhər saatlarında qəzaya uğrayıb. Harirud çayına yuvarlanan mikroavtobusda sərnişinlərin cəsədlərini daşımaq üçün təyin edilmiş helikopter texniki nasazlıqlar ucbatından təcili eniş etmək istəyərkən divara çırpılıb. Təəssüf ki, 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Müdafiə Nazirliyi mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyir”.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar