Litva tərəfindən Kalininqrad əyalətinin nəqliyyat blokadası Baltikyanı respublikaların əhalisinə birbaşa təsir edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Nikolay Patruşev Şimal-Qərbi Rusiyanın milli təhlükəsizliyinə həsr olunmuş toplantıda danışıb.
O hesab edir ki, NATO ölkənin şimal-qərb sərhədlərində hərbi vəziyyəti gərginləşdirir, regionda Qərbin siyasi və iqtisadi təzyiqi hiss olunur.
“Kalininqrad məsələsi onu göstərdi ki, Qərbin nəinki şifahi bəyənatlarına, hətta yazılı razılaşmalarına güvənmək olmaz.
Bu cür düşmən hərəkətlərinə görə Rusiya təbii ki, reaksiya verəcək. Yaxın günlərdə müvafiq tədbirlər görüləcək. Bunun nəticələri Litvanın əhalisinə ciddi mənfi təsir edəcək.
Qeyd edək ki, ötən həftə Litva dəmir yolu rəhbərliyi Kalininqrad dəmir yoluna Avropa Birliyinin sanksiyalalarına düşmüş məhsulların daşınmasını dayandırdıqlarını bəyan edib.
Bu addıma rəsmi Moskvanın sərt cavab tədbiri görəcəyi gözlənilir.
Aygün Musayeva
BakuPost