Ru
23:47 / 17 Aprel 2026

Kartla ödəniş edənlərə PİS XƏBƏR - VİDEO

Kartla ödəniş edənlərə  PİS XƏBƏR - VİDEO
Eye

Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir.


Bakupost.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Mərkəzi Bankın müvafiq qərarına əsasən, iyunun 1-dən bu xidmət haqqının yuxarı həddi müəyyən sahələr üzrə aşağı salınacaq.

Belə ki, yuxarı hədd 0.25 faiz bəndi endirilməklə aptek və ərzaq mağazaları üzrə ödəniş məbləğinin 1.25 %-i, yanacaq kateqoriyası üzrə 0.75 %-i, ümumi kateqoriyada isə 1.5 %-i səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, banklar tərəfindən nağdsız ödənişlərə görə verilən keşbeklərin maliyyə mənbəyi həmçinin bu xidmət haqqı hesabına əldə edilən gəlirlərdir.

İqtisadçı Rəşad Həsənov bildirir ki, bu baxımdan sözügedən xidmət haqqının azalması keşbeklərə təsir edə bilər: "Bazar doyandan, vərdişlər formalaşandan, genişlənmə imkanı məhdudlaşandan və bu istiqamətə sərf olunan xərclər effektivliyini itirəndən sonra banklar artıq müvafiq siyasətlərinə yenidən baxmalı olurlar ki, son dövrlərdə biz bunu müşahidə edirik. Yəni artıq keşbeklərlə əlaqədar məsələ əvvəlki dövrlərdə olduğu kimi cəlbedici deyil və bu istiqamətdə təkliflərin marağı günbəgün azalmaqdadır".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar