Ru
09:31 / 09 İyul 2025

Kəlbəcərdə qəzaya düşən hərbçilərin son VƏZİYYƏTİ

Kəlbəcərdə qəzaya düşən hərbçilərin son VƏZİYYƏTİ
Eye

Ötən gün Kəlbəcərdə UAZ markalı avtomobilin aşması nəticəsində xəsarət alan hərbçilərin son vəziyyəti açıqlanıb.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, avtomobil qəzası nəticəsində yüngül xəsarət alan üç nəfər hərbi qulluqçuya dərhal ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər.

"Stasionar müalicə alan hərbi qulluqçuların vəziyyətləri qənaətbəxşdir və onlar hazırda xidmət yerlərində hərbi xidmətlərini davam edirlər.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, rayonun İstisu qəsəbəsində qeydə alınan hadisə zamanı Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar