Ru
19:36 / 09 İyun 2025

Kəlbəcərə düşən güclü dolu selə səbəb oldu

Kəlbəcərə düşən güclü dolu selə səbəb oldu
Eye

Bu gün Kəlbəcər rayonuna şiddətli dolu yağıb, nəticədə sel hadisəsi baş verib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, təbiət hadisəsi əsasən rayonun mərkəzi və bir neçə kəndində qeydə alınıb.

Güclü dolu təxminən 20 dəqiqədən artıq davam edib.

Kənd sakinləri bildiriblər ki, rayon işğaldan azad olunduqdan sonra bu cür şiddətli dolu və sel ilk dəfədir müşahidə olunur. Yağıntının təsiri ilə bir sıra küçə və yolları palçıq və su basıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur, lakin bir neçə fərdi təsərrüfata ağır yağış nəticəsində ziyan dəydiyi bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar