Rusiya Prezidenti Vladimir Putin 2050-ci ilə qədər Rusiya Hərbi Dəniz Donanmasının inkişaf strategiyasını təsdiqləyib. Bu, ölkənin müasir tarixində ilk belə sənəddir.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Prezidentin köməkçisi, Hərbi Dəniz Kollegiyasının sədri Nikolay Patruşev məlumat verib.
Onun sözlərinə görə, strategiya Rusiya donanmasının imkanlarını xüsusi hərbi əməliyyatların təcrübəsi nəzərə alınmaqla qiymətləndirir.
Patruşev bildirib ki, güclü və müasir Hərbi Dəniz Donanmasının yaradılması dünya okeanındakı vəziyyətin inkişaf ssenarilərini, çağırış və təhdidlərin təkamülünü, qarşıya qoyulan məqsəd və vəzifələri əvvəlcədən müəyyən etmədən mümkün deyil:
“Məhz buna görə də strategiyada dünya üzrə hərbi-siyasi vəziyyətin inkişafı, silahlı münaqişələrin yaranma ehtimalı və xarakteri, aparıcı dəniz dövlətlərinin potensialı təhlil olunub. Donanmanın hazırkı vəziyyəti və imkanları hərbi xüsusi əməliyyatların təcrübəsi fonunda qiymətləndirilib. Gələcəkdə Hərbi Dəniz Donanmasının tərkibinə dair əsas tələblər, onun sülh və müharibə dövründə əsas vəzifələri, həmçinin donanmanın gələcək simasını formalaşdırmağa yönəlmiş mexanizmlər müəyyən edilib”.