Ru
09:45 / 31 Oktyabr 2023

Kənd təsərrüfatını nə tormozlayır: monopoliya, korrupsiya... - VİDEO

17183
ReAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a geniş videomüsahibə verib.

Müsahibədə hökumətin aqrar siyasəti, kənd təsərrüfatı sahəsində mövcud vəziyyət dəyərləndirilib.

Neft sektorundan sonra büdcədə ən böyük paya malik olan kənd təsərrüfatı sahəsində mövcud problemlərdən bəhs edən N.Cəfərli monopoliyanın aqrar sektorun inkişafını əngəllədiyini vurğulayıb. Müsahibədə həmçinin kədlilərin və fermerlərin üzləşdikləri çətinliklər, aqrar sığorta, subsidiya məsələsi, illərdir çözülməyən suvarma probleminə toxunulub və Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ciddi tənqid olunub.


Ekspert müsahibədə aqropark və sənaye parlarının yaradılmasında, həmçinin işğaldan azad olunan rayonlarda kənd təsərrüfatının bərpasında yol verilən səhvlərdən danışıb və bir sıra təkliflərlə çıxış edib.


N.Cəfərlinin aqrar sektordakı problemlərlə bağlı maraqlı fikirləri ilə daha ətraflı videomüsahibədə tanış ola bilərsiniz:




Zahid
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər