Ru
23:37 / 25 İyun 2025

Keniyada etiraz aksiyalar: 8 ölü, 400 yaralı

Keniyada etiraz aksiyalar: 8 ölü, 400 yaralı
Eye

Keniyada etiraz aksiyaları zamanı azı 8 nəfər ölüb, 400 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Keniya Hüquq Cəmiyyəti, Polis İslahatı İşçi Qrupu və Keniya Tibb Assosiasiyasının birgə bəyanatında deyilir.

Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verən təşkilatlar, ümumilikdə nümayişlərin ölkənin 47 dairəsindən 23-nə yayıldığını qeyd ediblər.

Qeyd olunub ki, tibbi yardım göstərilən 400 nəfərin 83-ü ağır bədən xəsarətləri alıb: “Ən azı səkkiz etirazçı güllə yarası alıb. Yaralılar arasında üç polis əməkdaşı da var”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar