Ru
22:30 / 25 İyun 2025

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş
Eye

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar yağışı"na tutulması ilə bağlı görüntülər yayılıb.

Həmin video sosial mediada yüz minlərlə baxış toplamışdı.

Bakupost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Şəbnəm Tovuzunu "dollar yağışı"na tutan həmin ailə, Ofeliya xanım və "Luka" ləqəbli oğlu narkotik alverçisi imiş.

Gürcüstanını Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.

Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür.

Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.

Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.

Həmin görüntüləri təqdim edirik:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar