Əməkdar artist Dilarə Əliyevanən qardaşı, aktyor Vüsal Murtuzəliyevin səhhəti yaxşılaşıb.
Bakupost.az xəbər verir ki, bu barədə aktyor Feysbuk hesabında paylaşım edib.
Ağır günlərinin xeyirlə başa çatdığını qeyd edən aktyor yavaş-yavaş müsbətə doğru irəlilədiyini bildirib:
"Telefonu mənə bu gün veriblər. O qədər mesaj, zəng gəlib ki! Narahat olan, dua edən, maraqlanan hər kəsə dərin təşəkkürümü bildirirəm, var olun! Bütün paylaşımlara, mesajlara cavab verə bilmirəm. Həkimin tövsiyyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb, bu paylaşımı etməyi özümə borc bildim. Respublika Diaqnostika Mərkəzinə, başda ölkənin bir nömrəli invaziv radioloqu, insan kimi insan Ağakişi Yəhyayevə və tibbi personala, yardım göstərmək istəyən hər kəsə, doğmalarıma xüsusən üstümdə əsən, bütün vəziyyəti kontrolda saxlamağı bacaran bacım Dilarəyə dərin təşəkkürümü bildirirəm. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam. Dostlar, kiminsə zənginə, mesajına cavab verməsəm, inciməsin məndən. Sadəcə bir müddət rahatlıq, sakitlik içində olmalıyam, sonra yenə həyat, iş öz axarında davam edəcək",- o, paylaşımında qeyd edib.
Qeyd edək ki, Vüsal Murtuzəliyev iyunun 19-u saat Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edirək, reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Aygün,
BakuPost