Amerikanın 35-ci prezidenti Con Kennedinin sui-qəsd cəhdindən sonra xəstəxanaya gedən kortejinin əvvəllər məlum olmayan videogörüntüləri Massaçusets ştatının Boston şəhərində RR Auction tərəfindən hərraca çıxarılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.
Hərrac sentyabrın 28-də baş tutacaq. Görüntüdə Kennedinin kortejinin "Parklend" xəstəxanasına doğru hərəkət etməsi ıks olunub. Videonun müəllifi Dallas (Texas) sakini böyük Deyl Karpenter. O, öləndən sonra video nəvəsi Ceyms Qeytsdə qaıb.
“Film plastik süd qutusunda saxlanılırdı. O, bir neçə il mənim şkafımda qaldı”, – Qeyts nəşrə deyib.
RR Auctions-ın icraçı vitse-prezidenti Bobbi Livinqston isə jurnala bunları deyib:
“Bizim xəbərdar olduğumuz bütün digər video kadrlardan fərqli olaraq, bu lentdə "Zapruder Filmi"ndə qeydə alınan hadisələrdən dərhal sonrakı anlar yer alıb”.
Zaur
BakuPost