Ru
16:59 / 07 Mart 2023

"Kişilərin müəllimlik ixtisasına meyli artır" - Ekspert

7029
Ölkədə orta və ali təhsil müəssisələrində qadınların sayı kişiləri üstələyir. Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi qadınlardır.


Təhsilalanların isə ümumi təhsil müəssisələrində 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.




Bəs təhsil müəssisələrində kişilərin azlığının səbəbisəbəb nədir?

Təhsil eksperti Adil Vəliyev mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında deyib ki, səbəblərdən biri uşaqlıqdan şüuraltımıza yeridilən sənət seçimidir.

Ekspert bildirir ki, uşaq vaxtı hansı sənəti seçməklə bağlı suallar veriləndə oğlanlar daha çox polis, qızlar isə həkim və müəllim olacaqlarını deyirdilər:

"Ancaq təbii ki, kişilərin çox az bir hissəsinin müəllim kimi fəaliyyətini davam etdirməsinin əsas səbəbi maaşın az olmasıdır. Əvvəlki illərdə müəllimlərin maaşı daha az idi. Kişilər də ailə başçısı olduqlarıüçün müəllim maaşı təbii ki, onları qane etmir. Ona görə də kişilər fərqli peşələrdə işləyib daha çox qazanc əldə etməyi düşünürlər".

Adil Vəliyevin sözlərinə görə, hazırda kişi müəllimlərin sayı qənaətbəxş deyil:

“Əvvəlki dövrlə müqayisədə indi vəziyyət dəyişsə də, yenə də kişi müəllimlərin sayı azdır. Dövlət məktəblərində müəllimlərin maaşları kifayət qədər azdır. Ancaq son illərə nəzər yetirsək görərik ki, müəllimlərin maaşındakı artım, şamil olunan güzəştlər kişilərin bu sahəyə həvəs göstərməsinə səbəb olub. Kişilər artıq müəllimlik ixtisasına diqqət etməyə başlayıblar”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər