Ru
10:25 / 31 Mart 2023

"Köhnə avtomobillərə qadağa müsbət nəticə vəd etmir" - Ekspert

4870
Xəbər verdiyimiz kimi, ötən gün Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəyə gətirilməsini qadağan etdi.

Bu qərarın insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması, həmçinin ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə qəbul olunduğu bildirilir.


Maraqlıdır, qadağa doğrudanmı sözügedən məqsədlərin həyata keçirilməsində ciddi rol oynayacaq? Ekspertlər bu barədə nə düşünür?


Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sözügedən hədəfə nail olmaq üçün bu qərarın heç də uğurlu nəticə vermiyəcəyini düşünür. Onun fikrincə, qadağa sadəcə, xaricdən avtomobil gətirilməsini məhdudlaşdıracaq:


"İnsanlar əlində olan köhnə avtomobillərindən daha bərk yapışacaqlar. Belə avtomobillərdən istifadə halları bir az da artacaq. Nəticədə ekoloji vəziyyət yaxşılaşmayacaq. Əksinə ola bilsin ki, bir az da pisləşəcək və yenə də sıxlıq olacaq”.


Ərşad Hüseynov qeyd edib ki, Azərbaycana gələn avtomobillərin sayı hər il gah artır, gah azalır. Amma avtomobil alınması üçün xaricə gedən valyutanın həcmi artır:


"Bakıda tıxaclar artıq intensiv hal alıb və pik saat anlayışı itib. Ekologiya Nazirliyinin monitorinqinin nəticələrinə görə, Bakı havasında zərərli maddələrin faizi artıb. Bunun səbəbi isə yanacaqla işləyən nəqliyyat vasitələridir. Azərbaycanda avtomobil çox deyil. Bizdə avtomobilləşmə səviyyəsi cəmi 14%-dir. Məsələn, Amerikada 80%-dir. Yəni burda əsas problem avtomobilərin sayının çox olması deyil. Bizdə əsas problem ictimai nəqliyyatdır. İctimai nəqliyyat bərbad vəziyyətdədir. Velosipeddən istifadə halları çox aşağı səviyyədədir. Bu qərar avtomobil alınması üçün xaricə gedəcək valyutanın həcmini artıracaq. Çünki insanlar məcbur olub kredit şərtləri ilə istədiyi avtomobili əldə etmək istəyəcəklər".


Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər