Kolumbiyanın yeni seçilmiş prezidenti Qustavo Petro BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bütün dünyada narkotiklərin leqallaşdırılmasına çağırıb.
Bakupost.az xarici KİV-ə istinalda xəbər verir ki, Qustavo Petro karbohidrogen hasilatından imtina da çağırış edib:
“İnsanlara daha çox zərər verən nədir? Kokain, yoxsa neft də daxil olmaqla yanan karbohidrogenlərdən ayrılan tullantılar?", - deyə Qustavo Petro sual edib.
Xarici media yazır ki, Kolumbiya prezidenti elə bu günlərdə tərkibində narkotik maddə olan bitkilərin yetişdirilməsini “hərbi əməliyyatlara deyil, fermerlərə sərfəli alternativlər tapmaq üçün şərait yaradılmasına əsaslanaraq” koka məhsullarının əkinini azaltmağı planlaşdırdığını bildirib.
Kolumbiyanın yeni prezidenti Qustavo Petronun avqustun 8-də and içdiyi bildirilir. Onun proqramının bəndlərindən biri də dünya ictimaiyyətinə narkotiklərin dekriminallaşdırılmasına çağırış olub.
“Narkotiklərə qarşı müharibənin iflasa uğradığını tanıyan yeni beynəlxalq konvensiya qəbul etməyin vaxtı çatıb. Əlbəttə ki, sülh mümkündür. Lakin bu, mövcud narkotik siyasətinin inkişaf etmiş cəmiyyətlərdə istehlakın qarşısını almaq üçün kəskin tədbirlərlə əvəz edilib-edilməməsindən asılıdır”, - deyə Petro vurğulayıb.
Zaur
BakuPost