Ru
10:03 / 02 Noyabr 2026

Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir

Eye

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq.


"Bakupost" oxu.az-a istinadən xəbər verir ki, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır.

Bundan başqa, cihazların konstruksiyası alovun dayanıqlı yanmasını təmin etməli, yanma məhsullarında karbon oksidləri və azotun icazə verilməyən konsentrasiyaları yaranmamalıdır.

Tüstü bacasına qoşulan qurğularda yanma məhsullarının otağa təsadüfən buraxılmasının qarşısı alınmalıdır. Tüstü bacasının kənarlaşdırma sistemində nasazlıq yarandıqda isə odluğa qaz verilişi dayandırılmalıdır.

Reqlament qazla işləyən məişət qızdırıcılarına, yemək bişirmək üçün nəzərdə tutulan plitələrə, su qızdırıcılarına və digər avadanlıqlara şamil edilir.

Tələblər noyabrın 6-dan qüvvəyə minəcək.

Şərhlər
  • Elşad Musayev

    Güya bizim təhlükəsizliyimizin qayğısını çəkirlər? Cəsarətləri çatmırki desinlər SSRİ qanunlarını bərpa edirik.

  • Elşad Musayev

    Güya bizim təhlükəsizliyimizin qayğısını çəkirlər? Cəsarətləri çatmırki desinlər SSRİ qanunlarını geri gətiririk

  • Musayev Elşən

    AZƏRİQAZ CAVABDEHDİ.

  • Sadiqova

    Aide

  • Bir nəfər

    Mərkəzi istilik sistemi olsun, hər kəs də təhlükəsiz istifadə etsin.

  • Roza Eyubova

    Dediklərinizlə tam razıyam, amma verilən qazın tərkibi, onun qüvvəsi standarta cavab verir mi, bir neçə dəfə qaz udarəsindən çağırmışdıq, amma yenə də qaz iyi blokda hərdən bir özünü göstərir, buna kim cavabsehdir?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar