Ru
18:49 / 26 May 2025

Kreml Vatikanda sülh danışıqları ideyasını rədd etdi

Kreml Vatikanda sülh danışıqları ideyasını rədd etdi
Eye

Putinin administrasiyası bildirib ki, İtaliya Ukraynanı dəstəkləyir və Rusiyaya qarşı sanksiyaların lehinə səs verir.

Bakupost.az xəbər veriri ki, "Reuters" bu barədə Rusiya hakimiyyət dairələrindəki üç yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Vatikanı Ukrayna ilə sülh danışıqları üçün ciddi platforma kimi qəbul etmir. Bu, Vatikanın katoliklərin mərkəzi olması və NATO və Avropa İttifaqı üzvü olan İtaliya ilə əhatələnməsi ilə əsaslandırılır.

Mənbələrin qeyd etdiyi səbəblər arasında həm Rusiya, həm də Ukraynanın əsasən pravoslav ölkələri olması, İtaliyanın isə Ukraynanı dəstəkləməsi və Rusiyaya qarşı sanksiyalara dəfələrlə səs verməsi yer alır.

Bundan əlavə, bir çox rus məmurlar Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən fiziki olaraq İtaliyaya uça bilmirlər.

“Vatikan Rusiyada bu qədər mürəkkəb bir münaqişəni həll edə biləcək ciddi güc kimi qətiyyən qəbul olunmur”, – deyə yüksək vəzifəli rusiyalı mənbə bildirib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar