Krım sakini Fransa hakimiyyətindən ingilis-fransız istehsalı olan gizli SCALP-EG qanadlı raketini bağından çıxarmağı tələb edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Qadının sözlərinə görə, raket Ukrayna Silahlı Qüvvələrinin hücumları zamanı onun bağına düşüb və o, bununla bağlı polisə müraciət edib. Polis əməkdaşları hadisə yerə baxış keçirərək ərazini hasara alıblar.
Məlumata görə, qadın bir neçə metr yerə daxil olan raketdən xilas olmaq üçün Fransa səfirliyinə müraciət edib. Lakin diplomatlar onun tələbinə reaksiya verməyiblər.