Ru
09:08 / 01 May 2025

Lamin Yamaldan bir oyunda İKİ REKORD

Lamin Yamaldan bir oyunda İKİ REKORD
Eye

“Barselona”nın ulduzu Lamin Yamal UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”lə oyunda rekordlara imza atıb.

Bakupost.az xəbər verir ki, 17 yaşlı hücumçu “İnter”lə ilk oyunda (3:3) start heyətdə yer alıb.

Bununla da vunderkind komandasında 100-cü matçına çıxıb. Yamal Kataloniya təmsilçisinin heyətində 100 oyun keçirən ən gənc oyunçu ünvanına sahib olub.

Əvvəllər bu rekord komanda yoldaşı Qaviyə (19 yaş 30 gün) məxsus idi.

Oyunda əla performansla yadda qalan ispaniyalı forvard 24-cü dəqiqədə komandasının ilk qolunu vurub. Bu qolla o, ÇL-in 1/8, 1/4 və 1/2 final mərhələlərində 20 yaşa qədər qol vuran ilk futbolçu olub ( 17 yaş 291 gün).

Qeyd edək ki, Lamin Yamal “Barselona”da debütünü 2023-cü ilin aprelində edib. Bu mövsüm bütün turnirlərdə 48 matçda iştirak edib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar