Ru
15:04 / 01 May 2025

Azər Məmmədrəhimov nazir müavini TƏYİN EDİLDİ - FOTO

Azər Məmmədrəhimov nazir müavini  TƏYİN EDİLDİ - FOTO
Eye

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamına əsasən Azər Məmmədrəhimov MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, A.Məmmədrəhimova nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Azər Şahverdi oğlu Məmmədrəhimov Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. Həmçinin, 2016-2021-ci illər ərzində Ümumdünya Poçt İttifaqının Poçt Maliyyə Xidmətləri Komissiyasının həmsədri, 2021-ci ildən "Azərpoçt” MMC-nin Müşahidə Şurasının katibi kimi fəaliyyət göstərib. 24 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Dövlət qulluğunda fərqlınməyə görə” medalı ilə təltif olunub.

2024-cü ilin avqust ayından cari tarixə qədər isə "Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.

Qeyd edək ki,bu təyinatadək Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifələrini Rahid Ələkbərli icra edib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar