Ru
16:18 / 01 May 2025

Dövlət əleyhinə çağırışlar edən AXCP üzvləri məhkəmə QARŞISINDA

Dövlət əleyhinə çağırışlar edən  AXCP üzvləri məhkəmə QARŞISINDA
Eye

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakupost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Gündüz Mirzəyev daha əvvəl Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin, onun hökmü 3 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

Digər təqsirləndirilən Zaur Əsgərov isə təhsilsizdir və o, oxuyub yaza bilmir.

Vəkil Nemət Kərimli məhkəməyə iki vəsatət verib. O, müvəkkilinin şüşə arxasında deyil, yanında oturmasını və haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib.

Digər vəkil Əsgəran Muradov vəsatət verərək müvəkkilinin haqqında seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

Dövlət ittihamçısı Rauf Malışov vəsatətlərin təmin edilməməsini təklif edib.

Qətimkan tədbiri ilə bağlı vəsatətlər təmin edilməyib.

Təqsirləndirilən şəxslərin müdafiəçilərinin yanında oturması ilə bağlı vəsatətlər təmin edilib.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar