Ru
17:24 / 01 May 2025

“Porche” ilə "avtoşluq" edən qadın HƏBS EDİLDİ - VİDEO

“Porche” ilə "avtoşluq" edən qadın HƏBS EDİLDİ - VİDEO
Eye

Bakıda “Porche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.

Bakupost.az xəbər verir ki, Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə “Porche” markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar