Ru
16:40 / 01 May 2025

“20 Yanvar”da özünü maşınların altına atan SAXLANILDI

“20 Yanvar”da özünü maşınların altına atan SAXLANILDI
Eye

Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi, polkovnik Elşad Hacıyev məlumat verib.

"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbirləri görülür. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda, rastlaşdıqda dərhal polisə məlumat verilməlidir",- deyə E.Hacıyev qeyd edib.

Ayxan,
Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar