Milli Məclis sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşaviri 2425 manat maaş alacaq.
Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”na edilən dəyişiklikdə əksini tapıb.
Bu Fərmanla dövlət qulluqçuları üçün müəyyən edilən vəzifə maaşları mövcud vəzifə maaşlarından az olduğu hallarda, dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına həmin orqanlarda və həmin vəzifələrdə işlədikləri dövr ərzində, əvvəlki və sonrakı vəzifə maaşlarının və qanunvericiliklə vəzifə maaşlarına faizlə müəyyən edilən əlavələrin fərqi vəzifə maaşlarının növbəti artımınadək ödənilsin