ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetinin kampusunda silahlı insident baş verib.
Bakupost.az xəbər verir ki, “Associated Press”in (AP) məlumatına görə, atışma nəticəsində azı iki nəfər həlak olub, doqquz nəfər isə ağır yaralanıb. Providens şəhərinin meri Brett Smayli dekabrın 13-də keçirdiyi mətbuat konfransında bu məlumatı təsdiqləyərək bildirib ki, hadisə günortadan sonra qeydə alınıb.
Bundan əvvəl Providens polisi insident zamanı ölənlərin olduğunu açıqlamışdı. “ABC” telekanalının yaydığı xəbərə görə, atışma Braun Universitetinin kampusunda baş verib. Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
“Associated Press” əlavə edib ki, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.