Ru
18:59 / 14 Dekabr 2025

Müharibədən 7 gün öncə Kreml ABŞ-a hansı ultimatumu vermişdi?

Müharibədən 7 gün öncə Kreml ABŞ-a hansı ultimatumu vermişdi?
Eye

Ukraynaya qarşı Rusiyanın cinayətkar müharibəsini tətikləyən əsas məsələlərdən biri Moskvanın iki və ya çoxqütblü dünya düzəni formalşadırmaq arzusu idi. Bu məqsədlə də təxminən 4 il öncə, 17 dekabr 2021-ci ildə Rusiya ABŞ və NATO-ya qarşı ultimatum irəli sürərək, NATO-nun Şərqə doğru genişlənməsindən, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına dair “Buxarest formulu”ndan və NATO-ya üzv olan postsovet dövlətlərin ərazisində hərbi bazaların yaradılmasından imtina edilməsi tələbini irəli sürdü. Moskva həmçinin Şimali Atlantika Alyansının infrastrukturlarının Rusiya-NATO təsis aktının imzalandığı 1997-ci il vəziyyətinə qaytarmağı tələb edirdi.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O xatırladıb ki, bu hadisədən iki ay sonra, 17 fevral 2022-ci ildə ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağrılaraq, ona Kremlin yeni ultimatumu təqdim edildi:

“Sənədin rəsmi adı “Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsi” adlansa da, ona görə ultimatum kimi dəyərləndirilirdi ki, Moskva Vaşinqtona qarşı tələblər irəli sürərək onların qəbul olunmasını tələb edirdi.

Moskvanın ikinci ultimatumunda Ukrayna ətrafındakı gərginlyin azaldılması üçün ABŞ-ın Şərqi, Mərkəzi və Cənub-Şərqi Avropa, eləcə də Baltikyanı ölkələrdə yerləşdirilmiş bütün hərbi texnika və silahlarının çıxarması, Ukraynaya verilmiş bütün silahların geri alınması, silah tədarükünün dayandırılması, NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələri ilə birgə təlimlərdən imtina edilməsi tələb olunurdu.

Moskvanın ikinci ultimatumunda Kreml özünə məxsus riyakarlıqla Ukraynanı işğala hazırlaşmadığını, Qərb ölkələrinin bununla bağlı bəyanatlarını isə “Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini ucuzlaşdırmaq cəhdi” kimi ifadə etmişdi.

Kreml ikinci ultimatumu ABŞ-ın Moskvadakı səfiri Con Sallivana təqdim edəndən düz bir həftə sonra, 24 fevral 2022-ci ildə Ukraynaya qarşı qəfil işğalçılıq müharibəsinə başladı. Bu hadisə Moskvanın diplomatik yolla nail ola bilmədiyi iki və ya çoxqütblü dünya düzənini güc yolu ilə formalşadırmaq cəhdi idi. Müharibəyə başlarkən Moskvanın hədəfi iki həftə ərzində Ukrayna, sonrakı bir gün ərzində Moldova üzərində nəzarəti ələ keçirmək, ondan sonra ordularının üzünü Mərkəzi Asiya və Cənubi Qafqaza doğru çevirərək 24 mart 2022-ci ilə qədər 11 postsovet respublikasını şərti adı “SSRİ 2” olan imperiyanın sərhədləri daxilinə qatmaq idi. Bütün dünyada əksəriyyət Rusiyanın bu iddialarının gerçəkləşəcəyinə şübhə etmirdi.

Prezident Vladimir Zelenskinin ABŞ-dan gələn təxliyə təklifindən imtina edərək müqavimət hərəkatına komandanlığı üzərinə götürməsi, Böyük Britaniyanın əfsanəvi Baş naziri Boris Consunun “Putinin döyüş maşınının məhv edilməsi üçün əlimdən gələni edəcəyəm” bəyanatı Rusiya işğalına qarşı bütün dünya boyunca nəhəng müqavimət hərəkatını alovlandırdı. Həmin günlər bəşəriyyət tarixinin ən şanlı səhifələrindən birinin yazıldığı tarixi günlər idi”.

Asena,
BakuPost

Şərhlər
  • Kecmiş idmançı

    Ekzotik "politoloq" X.Cəfərlinin kitabxanalarda daha çox oturması məsləhətdir. Boris ConsOnun əfsanəviliyi nədən ibarətdir?

  • Rasim

    Neytral şərh deyil, amerikayönümlü və reallığı əks etdirməyən fikirdir. Belə çıxır ki indi Rusiya zorla bunu ABŞ-a qəbul etdirmiş oldu.

  • B.Qarabağlı

    A.Son SSRİ Kremlinin 14 öz və 14 SD dövlətlərini 1986-87ci illərdə Hərbi Silahlanmanın ixtisarına əlavə (özəl *QƏRB*lə) hansı Siyasi-Hüquqi (hesaba, təzminata) əvəzləməyə rəsmi razılaşma əsasında (Konstitusion qanuna-referenduma zidd) buraxılması, ləğvi 29 dövlətin adından necə sənədləşdirlib? B.Beynəlxalq alyans-qurumlar və müxtəlif formasiyalı dövlətlər necə bu anti-hüquqi (məxfi) saxta-sövdələşmələrdən hesabatlar əvəzinə susub-razılaşmışıq? C.Kommunist necə gətirilib və özəl formasiyalı respublikanın prezidenti olur? D.Hazırki dünyəvi və ilk növbədə siyasi-hüquqi dövləti Saymazlıq, Terror və Hərbi işğallar, ciddi hüquqi iddia və mühakimələr əvəzinə, elə həmin dövrdən qalmış (guya siyasi-milli azadlıq inqilabi?) əldə olunmuş mülkiyyət və digər vasitələrin ciddi iddia və mühakiməsi əvəzinə öz varlığına biganə-marionet münasibətlərin davamına bənzəmirmi? E.Nə etməli, sualını verən YOXdur?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar