Ru
23:44 / 13 Dekabr 2025

Hizbullah İsrailin şərtlərini qəbul etməyəcək - Naem Qasem

Hizbullah İsrailin şərtlərini qəbul etməyəcək - Naem Qasem
Eye

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb.

Bakupost.az "Ölkə.az"a istinadla xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib.

Onun sözlərinə görə,Livan hökuməti ölkənin suverenlik və müstəqilliyini qorumaq öhdəliyini öz üzərinə götürüb. "Hizbullah" da atəşkəs razılaşmasının icrası və Livan hökumətinə dəstək üçün iş görüb.

"Müqavimət hərəkatının Livanın cənubunda hərbi fəallıq etməsi ilə bağlı heç bir sübut yoxdur. İsrail əsassız yerə atəşkəsi pozur. Livan tərəfi də atəşkəs razılaşmasına riayət edir. Buna görə də "Hizbullah" Livan ordusu ilə geniş əməkdaşlığa hazırdır", - Naim Qasem bildirib.

O əlavə edib ki, "Hizbullah" İsrailin kapitulyasiyaya aparan heç bir şərtini qəbul etməyəcək və ABŞ-nin hegemonluğuna təslim olmayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar