Ru
16:43 / 14 Dekabr 2025

Tahir İmanov plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi – VİDEO

Tahir İmanov plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi – VİDEO
Eye

Əməkdar artist Tahir İmanov sosial şəbələdə yayımladığı video ilə gündəmə gəlib.


Bakupost.az xəbər verir ki, aktyor Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovu parodiya edib. O, pencəyini göstərərək icra başçısının 26 min manat dəyərində olduğu iddia edilən plaşı ilə bağlı açıqlamasına ironik reaksiya verib:


“Bu plaşı 17 manata almışam. Siz onu görmürsünüz, çünki gözəgörünməzdir. Çindən gətiriblər. “Brend” sözünün mənasını isə bilmirəm. Bu ayaqqabını da mənə pulsuz veriblər, məktəbdə uşaqlar əmək dərsində hazırlayıblar. Qolumdakı orijinal “Rolex”i də pulsuz əldə etmişəm, dominoda udmuşam. Barmağımda brilyant üzüyüm var idi, onu da nərddə uduzmuşam. 7 manata da maşın almışam. Sağ olsun, oyuncaq mağazasının müdiri mənə endirim etdi. Hamıya 10 manata deyirdi, mənə isə 7 manata verdi. Belə”.

Tahir İmanovun bu parodiyası müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri Əməkdar artisti kiminsə sifarişini yerinə yetirməkdə ittiham ediblər.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı icra başçısı açıqlamasında “Plaşımı üç il əvvəl 350 manata almışam” sözlərini deyib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar